
İsrailin endirdiyi zərbə nəticəsində Qəzza zolağının şimalındakı Sibalieh bölgəsindəki Əl-Öməri məscidi tamamilə dağılıb.
Gununsesi.info bildirir ki, bu barədə Qəzza Daxili İşlər Nazirliyinin Telegram hesabında məlumat verilib.
Ölənlər və yaralananlar barədə məlumat verilmir.
İsrailin Qəzza zolağına hücumları zamanı ümumilikdə 10 məscid dağıdılıb. Bu barədə daha əvvəl HƏMAS-ın nəzarətində olan Qəzza administrasiyasının rəhbəri Selame Maruf məlumat verib.
Onun sözlərinə görə, onlarla ibadət yeri, o cümlədən 7 tarixi məscid və kilsə zərər görüb.
Gununsesi.info