Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında 22 terrorçu hədəfi vurdu

Türkiyə Milli Müdafiə Nazirliyi bildirir ki, İraqın şimalında yerləşən Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terrorçu qruplara qarşı keçirilən hava əməliyyatı zamanı 22 obyekt məhv edilib, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

Gununsesi.info xəbər verir ki, Milli Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki səhifəsində İraqın şimalında hava əməliyyatı ilə bağlı açıqlama yayılıb.

Açıqlamada bildirilib ki, yerli vaxtla saat 19.00-da BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq ölkənin İraqın şimalındakı Metina, Hakurk, Qara, Qəndil və Asos bölgələrində terror təşkilatlarına qarşı hava əməliyyatı keçirilib.

Bu məlumata görə, əməliyyatın məqsədi mülki əhalini və sərhəd təhlükəsizliyini təhdid edən PKK/KSK terror qruplarını və digər terror ünsürlərini zərərsizləşdirməkdir.

Nazirliyin açıqlamasında xüsusilə qeyd olunur:

“Hava hücumları nəticəsində separatçı terror təşkilatının istifadə etdiyi və bu təşkilatların yüksək rütbəli üzvlərinin gizləndiyi iddia edilən mağara, sığınacaq, bunker, sığınacaq və anbarlardan ibarət 22 obyekt məhv edilib. Həyata keçirilən əməliyyatlar zamanı çoxlu sayda terrorçu zərərsizləşdirilib, yerli və milli sursatlardan maksimum istifadə edilib. Bu coğrafiyada bir nəfər də olsun terrorçu qalmayana qədər terrorla mübarizə davam edəcək”.

Səid Əhmədli
Gununsesi.info