
Rusiya xarici işlər nazirinin keçmiş müavini Georgi Kunadze xarici agent elan edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kunadze Rusiyanın mənfi imicinin yaradılmasına yönəlmiş yalan məlumatlar, dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət, habelə Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumatlar yayıb.
O, həmçinin xarici strukturların təqdim etdiyi informasiya platformalarında mütəmadi olaraq çıxış edib.
Gununsesi.info