
Fransanın keçmiş prezidenti Nikola Sarkozi müttəhim olduğu Ziad Takiəddinə rüşvət işi üzrə “əsas fiqur”a qarşı ifadəsini geri götürmək üçün təzyiqlə bağlı iki yeni cinayətdə ittiham olunur.
Gununsesi.info xəbər verir ki, “France Info”nun məlumatına görə, Sarkozi rüşvət ittihamı ilə üzləşdiyi Liviya maliyyələşdirmə işində “şahidi yalan ifadə verməyə məcbur etmək” və “ədalətin gedişatını təhrif etmək cəhdi” ilə ittiham olunur.
Hakimlər Sarkozinin ona qarşı ifadə verən iş adamı Ziad Takiəddinə təzyiq göstərməsi və sonra naməlum səbəblərdən geri çəkilməsinə dair kifayət qədər sübut tapıb.
İddia edilir ki, 2007-2012-ci illərdə Fransa prezidenti olmuş Sarkozinin “o vaxtkı Liviyanın lideri Müəmmər Qəzzafidən qeyri-qanuni maliyyə dəstəyi alıb və bu dəstəkdən istifadə edərək 2007-ci il prezident seçkiləri kampaniyası üçün kampaniya aparıb”.
Fransız-Livan əsilli Takiəddinin 2006-cı ilin sonunda Sarkozini Liviyadan 5 milyon avro gətirdiyi də iddia edilir.
2013-cü ildə bu iddialarla bağlı ilkin araşdırmalara başlanılıb. Sarkozi 2018-ci il martın 21-də Parisdə saxlanılıb, bundan sonra ona qarşı “seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirmək, korrupsiya və Liviya dövlət vəsaitlərini gizlətmək” ittihamı ilə istintaq başlayıb.
İş adamı Takiəddinə əvvəlcə Sarkozinin Liviyadan maliyyə aldığını iddia etdi, sonra isə hələ naməlum səbəblərdən 2020-ci ildə ifadəsini dəyişərək əksini iddia etməyə başladı.
Sarkozi ona qarşı irəli sürülən ittihamları götürməsi üçün Takiəddinə təzyiq göstərmək üçün azı səkkiz nəfərdən istifadə etməkdə şübhəli bilinir.
Fransanın sabiq prezidentinin bu məqsədlər üçün 608 min avro xərclədiyi güman edilir.
Səid Əhmədli
Gununsesi.info