Türkiyə ilə razılaşmanın icrasını gözləyirik - Mirzoyan

“Ermənistan və Azərbaycan arasında münasibətlər uzunmüddətli sülhün bərqərar olması üçün hüquqi problem ola bilməz”.

Gununsesi.info erməni mediasına istinadla xəbər verir ki, bunu parlamentdə büdcə müzakirələrində Xarici işlər naziri Ararat Mirzoyan deyib:

“Bizim və ya onların konstitusiyasının dəyişdirilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil”, – deyə nazir vurğulayıb.

XİN rəhbəri vurğulayıb ki, konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistan hökumətinin daxili qərarıdır.

Müxalifətçi deputat Armen Rüstəmyan iclasda çıxış edərək iddia edib ki, hökumət Azərbaycanın tələblərini yerinə yetirmək üçün büdcə xərclərinə yenidən baxır.

Mirzoyan isə ona cavabında deyib ki, deputat özünü aldadır. Baş nazir Paşinyan yanvarın 19-da yeni konstitusiyanın qəbulunun vacibliyindən danışaraq,

Ermənistanda konstitusiya dəyişikliklərinə yox, yeni Konstitusiyaya ehtiyacının olduğunu bəyan edib: “Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edən konstitusiyamız olmalıdır”.

Bu açıqlamadan təxminən on gün sonra rəsmi Bakı sülh sazişi layihəsi müzakirəsinin lap əvvəlindən Ermənistan tərəfini Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı mövcud olan qəsdlərə son qoymağa çağırıb.

Söhbət konstitusiyada, bəzi qanun və qərarlarda Azərbaycana qarşı yer almış ərazi iddialarından gedir.

Ermənistan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir, sözgedən sənəddə isə ləğv olunmuş “artsax”ın Ermənistana yenidən birləşməsindən bəhs edilir.

Müxalifət bəyan edir ki, Bakı İrəvandan Ermənistanın əsas qanunundan həmin müddəanın çıxarılmasını tələb edir.

Türkiyə ilə münasibətlərdən danışan Mirzoyan bildirib ki, İrəvan 2023-cü ildə Ankara ilə nizamlanma prosesinin müzakirəsini davam etdirib və bir sıra məsələlərdə geniş qarşılıqlı anlaşma var: “Bizim əldə olunan konret razılaşmaların ira olunmasını görmək vaxtı çatıb”.

 

 

Günay

Gununsesi.info