
Danimarkada İran səfirliyinin qarşısında “Quran” kitabına daha bir hücum olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay bu ölkənin paytaxtı Kopenhagen şəhərində yaşanıb.
İrandakı molla rejimindən qaçaraq bu şəhərə yerləşən İrandan olan qadın müsəlmanların müqəddəs kitabı “Quranı” parçalayıb.
İslam düşmənliyinin artdığı ölkədə bu hücumu edən qadının ad və soyadı Firoozeh Bazrafkan olaraq açıqlanıb.
Skandal davranış üçün səfirliyin qarşısına böyük bir masa yerləşdirən Bazrafkan onun üzərində doğrayıcı rəndə və “Quran” kitabını yerləşdirib.
Sonra çəkiliş kameralarının qarşısına keçərək “Quran” kitabının səhifələrini tək-tək parçalayan qadına o anlarda kimsənin “dayan” deməməsi diqqətləri çəkib.
Xatırladaq ki, son dönəmlərdə Avropa ölkələrində müsəlmanların müqəddəs kitabı olan “Quran”a qarşı iyrənc hücumlar artmaqdadır.
İsveçin paytaxtı Stokolm şəhərində də “Quran” kitabına yönəlik bir neçə hücum olmuşdu.