Türkiyədə limanda güclü partlayış - Yaralılar var

Türkiyənin Kocaeli vilayətində Derince limanında güclü partlayış baş verib.

Gununsesi.info “NTV”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

Hadisə yerinə çox sayda yanğınsöndürən və təcili yardım maşınları cəlb olunub.

 

 

Gununsesi.info