
Rusiya Prezidenti Vladimir Putin taxıl zəmanəti ilə bağlı yeni açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Prezident Putin Afrika ölkələrinə Ukraynadan təmin edə bilmədikləri taxılı satış və ya ödənişsiz şəkildə göndərə biləcəklərinə söz verib.
Bu barədə Putin Peterburqda keçiriləcək Rusiya-Afrika Zirvəsi ilə bağlı yazdığı məqaləsində ölkəsinin Taxıl Anlaşmasından çəkilməsinin Afrika ölkələrinə təsir etməyəcəyini bildirib.
Ölkəsinin Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini söyləyən Putin bu ilin ilk yarısında 10 milyon ton taxılın qitəyə çatdırıldığını xatırladıb.
Afrikada 25 ölkə hər il buğda ehtiyacının üçdə birindən çoxunu Rusiya və Ukraynada alır.
Rusiya-Ukrayna savaşının başlaması ilə artan qida qiymətləri ilə bağlı çətin dönəm keçirən Afrika ölkələri iki ölkənin barışması üçün təşəbbüslər başlatmışdı.
Tərcümə: Arzu