“Qarabağ” “Rakuv”a məğlub oldu - FOTOLAR /VİDEO -YENİLƏNDİ

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) – “Molde” (Norveç) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

21:35

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib – 1:1.

60-cı dəqiqədə Redon Cica yaxın məsafədən dəqiq zərbə ilə rəqibi mərkəzə dəvət edib.

21:17

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşün ilk yarısından sonra hesab açılmayıb – 0:0.

20:58

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda gerçəkləşən görüşdə komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar – 0:0.

20:33

“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Gununsesi.info xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.

Gununsesi.info