
Fransada iyul ayındakı yüksək istilər 80 nəfərin həyatına son qoyub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 7-13 iyul tarixləri arasındakı istilər ölkə boyunca faciəyə səbəb olub.
Fransanın Korsika, Qrand-Est, Provenve-Aples-Kot d`Azur, Avergne-Rhone, Bourgogne, Franche Comte bölgələrində çoxlu sayda insan ölüb.
Ölkə rəsmiləri qızmar istilərdən sonra həyəcan təbili çalmağa və bir sıra önləmlər almağa məcbur olublar.
Fransanın Səhiyyə Nazirliyi məlumatı təsdiq edib.
Özlərini təhlükədən qorumaq üçün insanlar çarəni başlarını suya salmaqda və dəniz çimərliklərinə üz tutmaqda arayıblar.
Tərcümə: Arzu