
Amerika Birləşmiş Ştatlarından Ukrayna pilotları ilə bağlı açıqlama səsləndirilib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Əlaqə Koordinatoru Con Kerbi mövzu ilə bağlı rəsmi Vaşinqtonun yanaşmasını ifadə edib.
Mətbuat toplantısında jurnalistlərin suallarını cavablandıran Kerbi Ukrayna pilotlarına “F-16” tədrisinin zaman alacağına işarə edib.
Amerikan təmsilçisi Kerbi bu xüsusda Avropadan olan şərikləri ilə çalışmağa davam etdiklərini söyləyib.
“Avropa ölkələrində yer dolarsa, Ukrayna pilotlarını Amerikada öyrətməkə mütləq şəkildə hazırıq”, – deyə Kerbi vurğulayıv.
Tərcümə: Arzu