
Rusiya Braziliyanın qəza təhqiqat orqanına Yevgeni Priqojinin ölümünə səbəb olan “Embraer” təyyarəsinin qəzasını beynəlxalq qaydalara uyğun olaraq araşdırmayacağını bildirib.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki əgər Braziliya Təyyarə Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA), aviasiya təhlükəsizliyinin yaxşılaşdırılması maraqları naminə, dəvət olunarsa və araşdırma beynəlxalq qaydalara uyğun aparılarsa, Rusiya o zaman istintaqa qoşulacağını bildirib.
Qeyd edək ki, Rusiya aviasiya idarəsindən CENIPA ilə razılaşmaq tələb olunmayıb, lakin bəzi keçmiş müstəntiqlər lazım olduğunu bildiriblər. Çünki ABŞ və digər Qərb hökumətləri təhlükəsizlik göstəricilərinə malik olan təyyarənin vurulmasının arxasında Kremlin olmasından şübhələnirlər. Kreml isə hər hansı əlaqəni inkar edir.
Tərcümə
Şəbnəm
Gununsesi.info