Jake Sullivan: ABŞ Ekvador demokratiyasına dair bu hücumu qınayır

  • By arzu
  • 10 Avqust 2023 20:14

Amerikanın Milli Təhlükəsizlik Naziri Jake Sullivan Ekvadordakı siyasi qətllə bağlı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerikan təmsilçisi siyasətçi Fernando Villavicensionun silahla öldürülməsi ilə bağlı addımı qınadıqlarını bildirib.

Ekvadorlu Fernando Villavicensionun qətlini Ekvador demokratiyasına yönəlik hücum olaraq qəbul etdiklərini deyən Sullivan bu davranışı təkəbbürlü addım kimi dəyərləndirib.

Amerikanın Milli Təhlükəsizlik Naziri Jake Sullivan açıqlamasında siyasətçi Fernando Villavicensionun ailəsinə və sevənlərinə başsağlığı verib.

Xatırladaq ki, Fernando Villavicensio Ekvadordakı prezident seçkilərində iştirak edəcəkdi.

Fernando Villavicensionun 20 avqustdakı seçkilərə hazırlaşmaq üçün paytaxt Kitodakı mitinq hazırlığında olarkən silahlı sui-qəsdə məruz qalıb.

Tərcümə: Arzu