Cokoviç “Rolan Qarros” turnirindən erkən ayrılıb

  • By ilhame
  • 04 İyun 2024 20:29

“Rolan Qarros” tennis turnirinin üçqat qalibi serbiyalı Novak Cokoviç cari turnirdən imtina edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, serbiyalı tennisçi sağ dizin zədələndiyi üçün mübarizəni erkən dayandırmaq qərarı verib.

 

Cokoviç 1/4 finalda norveçli Kasper Ruudla qarşılaşmalı idi.

Gununsesi.info