
Bu gün bir vətəndaş polisə zəng edərək çanta tapdığı ilə bağlı məlumat verib.
Gununsesi.info xəbər verir ki, DİN-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bu barədə məlumat verib.
“Qürur yaradan hal həmişə olmur. Bir vətəndaş Daxili İşlər Nazirliyinə telefon açır ki, içində pul, sənədlər və bank kartları olan çanta tapmışam. Çantada olan sənəd üzrə vətəndaşın telefon nömrəsi polis əməkdaşları tərəfindən müəyyən edilir və çanta sahibinə təhvil verilir. Həmin nümunəvi vətəndaşa təşəkkür edirik. İnsanlıq əbədi sərvətdir, mənəvi dəyərdir”-deyə qeyd edib.
Gununsesi.info