Ərdoğan: Naxçıvanın qaz ehtiyacını Türkiyə qarşılayacaq

  • By ilhame
  • 04 İyun 2024 21:38

İğdır-Naxçıvan təbii qaz kəmərinin inşası bitdikdən sonra Naxçıvanın illik 500 milyon kubmetrlik qaz ehtiyacı artıq Türkiyə vasitəsilə qarşılanacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

 

O qeyd edib ki, Türkiyə enerji sahəsində Azərbaycan, İran, Gürcüstan, ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir.

Gununsesi.info