Azərbaycan Ordusunun əsgərinin intihar səbəbi bilindi

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Asim Hamail oğlu Abbasovun özünü öldürməsinin ilkin səbəbi məlum olub.

Gununsesi.info xəbər verir ki, intiharın ailə-məişət zəminində baş vermiş hadisə ilə əlaqəli olduğu ehtimal edilir.

Ölüm faktının ordu və ya hərbi hissədə problemlə bağlı olmadığı bildirilir.

Gununsesi.info