Moskva Vaşinqtonu hədələyir

  • By ilhame
  • 03 İyun 2024 21:08

Kiyevə ABŞ silahları ilə Rusiyaya zərbələr endirməsinə icazə verilməsi “ölümcül nəticələrə” gətirib çıxara bilər.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib:

“Amerika xadimlərinə ölümcül nəticələrə gətirib çıxara biləcək yanlış addımları barədə xəbərdarlıq etmək istərdim. Onlar məlum olmayan səbəblərə görə ala biləcəkləri cavabın ciddiliyini düzgün qiymətləndirmirlər”.

 

Ryabkov deyib ki, Rusiya ərazisindəki hədəflərin vurulmasına cavab “asimmetrik” ola bilər, amma Moskvanın fikrincə Vaşinqton bunun nəticələrini “hiss edəcək”.

Nazir müavini ABŞ-ı Rusiyadan səslənən xəbərdarlıqlara, xüsusilə də prezident Putinin dediklərinə “maksimum ciddiliklə” yanaşmağa çağırıb.

 

Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəzi Qərb ölkələrinin Rusiya ərazisinə zərbələr endirilməsinə çağırışlarını şərh edərkən demişdi ki, “NATO üzvləri, xüsusilə də Avropada olanlar və kiçik əraziyə malik ölkələr nə ilə oynadıqlarının fərqində olmalıdırlar”.

 

Rusiya və Belarus habelə bu yaxınlarda taktiki nüvə silahı ilə təlimlərə başlayıblar.

Gununsesi.info