
NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Gununsesi.info xəbər verir ki, bu haqda NATO-nun mətbuat xidməti məlumat yayıb.
“17 dekabr 2024-cü il çərşənbə günü NATO-nun Baş katibi Mark Rutte Brüsseldəki rəsmi iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edəcək”, – deyə məlumatda bildirilir.
Danışıqlardan sonra birgə təqdimat keçiriləcək. İclasın gündəliyi dəqiqləşdirilməyib.
Gununsesi.info