MDB Oyunları: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb

  • By arzu
  • 06 Avqust 2023 16:16

Azərbaycanın bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandası Belarusun paytaxtı Minskdə keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.

Gununsesi.info Oxu.Az -a istinadən xəbər verir ki, bu uğura Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv imza atıb.

Komanda 5 iplə hərəkətlərin icrasında 3-cü yeri tutub.

Gununsesi.info