Bayraktar casusların hədəfində: Məlumatları xaricə ötürmək istəyən mühəndis yaxalandı

Selçuk Bayraktarın idarə heyətinin sədri olduğu BAYKAR texnologiya şirkətinin obyektlərində baş verən casusluğun qarşısı son anda alınıb. Təhlükəsizlik işçiləri tərəfindən cinayət başında tutulan şəxs terrorla mübarizə qrupları tərəfindən dindiriləcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, casus məxfi məlumatları xaricə ötürmək istəyərkən cinayət başında yaxalanıb.

Obyektlərdə işləyən mühəndis texnoloji sirləri ehtiva edən kompüterin içindəki sərt diski çıxararkən onu fərq edən təhlükəsizlik işçiləri tərəfindən cinayət başında yaxalanıb. Saxlanılan texnoloji kəşfiyyatçı mühəndislə bağlı istintaqın terrorla mübarizə çərçivəsində aparılacağı bildirilib.

Gununsesi.info