“Rusiya ilk gündən bunu təklif edir” – Zaxarova

Moskva İsrail və HƏMAS arasında dörd günlük humanitar atəşkəs barədə razılaşmanı alqışlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində bildirib.

“Moskva İsrail və Həmas arasında dörd günlük humanitar atəşkəs barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz bunu təklif edir. Beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışını həyata keçirmək üçün Qətərin xüsusi səylərini qeyd etmək vacibdir”, – deyə o əlavə edib.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyi İsrail və HƏMAS arasında hərbi əməliyyatlarda 4 günlük humanitar atəşkəs barədə razılaşmanı təsdiqləyib. Qətər Xarici İşlər Nazirliyi qeyd edib ki, humanitar atəşkəsin başlama vaxtı 24 saat ərzində elan ediləcək.

Gununsesi.info