Rusiyadan Finlandiyaya “T-72” notası

Rusiyanın Helsinkidəki səfirliyi yanmış T-72 tankının Finlandiya parlamenti qarşısında nümayişi ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Helsinkidəki səfirliyindən “Sputnik”ə verilən açıqlamada Ukraynayönlü qeyri-hökumət təşkilatlarının yerli hökumətin dəstəyi ilə noyabrın 18-i şənbə günü Helsinkidə Estoniyadan gətirilmiş yanmış Rusiya avadanlıqlarının sərgisi təşkil edildiyi bildirilib.

“Bu rüsvayçı hərəkətdən qəzəblənən Helsinki sakinləri həyatını itirən rus əsgərlərinin xatirəsini yad etmək üçün tanka çiçəklər və şamlar gətirirlər”, – bəyanatda deyilir. “Səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib”.

Sərgini “Rusiyaya qarşı nifrət doğuran hörmətsizlik” kimi qiymətləndirən səfirlik qeyd edib ki, Finlandiya administrasiyasının sərginin keçirilməsinə mane olmaması və təşviq etməməsi iki ölkə arasında münasibətlərin daha da pisləşməsinə səbəb olub.

Gununsesi.info