
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş lideri Donald Trampla onun Ukraynadakı münaqişəni nizamlamaqla bağlı planını müzakirə etməyə hazırdır.
Gununsesi.info-xəbər verir ki, bu barədə Zelenski “Fox News”a müsahibəsində danışıb.
“Gəlin Trampla danışaq, ona fikrini ifadə etməyə və onun sülh formulunda hansı addım və fəaliyyətlərin olduğunu nümayiş etdirməsinə imkan verək”, – deyə Zelenski qeyd edib.
Qeyd edək ki, noyabrın 13-ü Ukraynanın “Strana” qəzeti Zelenskinin Trampla danışıqlar aparmaq üçün onunla telefonla danışmaq istədiyini yazıb. Noyabrın 8-i isə Ukrayna lideri “NBC”yə müsahibəsində Trampı Kiyevə səfərə dəvət edib.
Gununsesi.info