Braziliya və Argentina matçında böyük skandal: Messi komandanı meydandan çıxardı – VİDEO

Cənubi Amerikada Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında böyük skandal yaşanıb.

Gununsesi.info xəbər verir ki, hadisələr Braziliyanın himni oxunarkən polisin argentinalı azarkeşlərə dəyənəklə hücum etməsindən sonra baş verib. Bundan sonra Lionel Messi komandanı meydandan çıxarıb və gərginlik sakitləşdikdən sonra komanda yenidən meydana çıxıb.

Braziliyanın dövlət himni oxunarkən Braziliya polisi dəyənəklə argentinalı azarkeşlərə hücum edib. Bu olaydan sonra Argentina millisinin qapıçısı Emiliano Martinez polisin üzərinə cumub. Xaosdan sonra Argentinanın kapitanı Messi komandanı meydandan çıxarıb.

Təxminən 20 dəqiqə sonra hadisələr sakitləşsə də, çoxlu azarkeş xəsarət alıb. Oyunda Argentina Otamendinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

Gununsesi.info