HƏMAS atəşkəs razılaşmasının detallarını açıqladı: İlk növbədə onlar azad ediləcək

İsraillə əldə olunan razılaşma çərçivəsində dörd günlük müvəqqəti atəşkəs elan ediləcək və 50 israilli girov İsrail həbsxanalarında saxlanılan 150 fələstinli girovla dəyişdiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə HƏMAS-ın yaydığı açıqlamada deyilir.

Həmas qeyd edib ki, Qətər və Misirin vasitəçiliyi ilə uzun sürən danışıqlar prosesindən sonra İsraillə müvəqqəti atəşkəs razılaşması əldə olunub.

Fələstin hərəkatı hər iki tərəfdən 19 yaşından kiçik qadın və uşaqların da yer alacağı razılaşmanın bir hissəsi olaraq “İsrail həbsxanalarında olan 150 fələstinli 50 israilli girov müqabilində azad ediləcək”.

Razılaşmaya əsasən, atəşkəs dörd gün davam edəcək və humanitar yardım və yanacaq daşıyan yüzlərlə yük maşını Qəzza zolağına buraxılacaq. Eyni zamanda, yanacaq və humanitar yüklər Qəzza zolağının bütün ərazilərinə, o cümlədən eksklavın şimalına çatdırılacaq.

Bundan əlavə, Qəzza zolağının cənub hissəsi üzərində uçuşlar dörd gün müddətinə, şimalda isə qadağa altı saat müddətinə, saat 10:00-dan 16:00-a qədər dayandırılacaq. Qeyd olunur ki, İsrail qüvvələri Qəzza zolağı boyunca heç kimi saxlamamaq və heç kimə hücum etməmək prinsipinə əməl edəcək.

İsrailin məlumatına görə, Qəzza zolağında HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının əlində 239 israilli girov saxlanılır.

Gununsesi.info