
Ərzurumda qış aylarında torpağın donması səbəbindən çətinləşən məzar qazma işlərinə artıq start verilib.
Gununsesi.info xəbər verir ki, Ərzurum bələdiyyəsinin onlarla əməkdaşı tərəfindən aparılan iş zamanı qarla örtülmüş qəbiristanlıqlar və yeni qazılan məzarlıqlar pilotsuz təyyarə ilə görüntülənib.
Ərzurumda texnikanın köməyi ilə 600 məzar yeri qazılıb.
Qeyd edək ki, güclü qar yağan, temperaturun 20 dərəcə şaxtaya endiyi şəhərdə torpağın donması səbəbindən xeyli çətinləşən qəbirlərin qazılması prosesi qışa hazırlıq çərçivəsində payız mövsümündə həyata keçirilir.
Gununsesi.info