Atəşkəs anlaşmasındakı DETALLAR – Baydendən ilk AÇIQLAMA

ABŞ prezidenti Co Bayden əsir mübadiləsi razılaşması və 4 günlük müvəqqəti atəşkəslə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, açıqlamasında Bayden, “Həmasın 7 oktyabrda İsrailə qarşı vəhşicəsinə hücumu zamanı götürdüyü girovların azad edilməsinə dair razılaşmanı alqışladığını” bildirib.

İsrail tərəfindən atəşkəs razılaşması ilə bağlı təfərrüatlar təqdim edilib.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada, baş nazir Benyamin Netanyahunun rəhbərliyi ilə əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün toplanan hökumət kabinetinin təsdiq etdiyi qərar açıqlanıb.

Açıqlamada hökumətin Qəzzada olan bütün israilli əsirlərin bu gecə geri qaytarılması hədəfinin birinci mərhələsini təsdiqlədiyi qeyd edilib. “Buna uyğun olaraq qadın və uşaqların da olduğu ən az 50 girovun azad edilməsi nəzərdə tutulur. 4 gün ərzində hərbi əməliyyatlar dayandırılacaq”, açıqlamada bildirilib.

Açıqlamada bildirilib ki, “hər 10 əsirin azad edilməsi döyüşlərin əlavə bir gün də dayandırılmasına imkan verəcək”.

Gununsesi.info