İsrail mətbuatı: HƏMAS 80 girovu azad edəcək

İsrail mətbuatı HƏMAS-ın İsraillə mümkün razılaşma çərçivəsində 80 girovu azad edəcəyini iddia edir.

Gununsesi.info xəbər verir ki, “Jerusalem Post” qəzetinin məlumatına görə, adının açıqlanmasını istəməyən bir İsrail rəsmisi Təl-Əviv administrasiyası ilə HƏMAS arasında əsir mübadiləsi barədə bu axşam açıqlanması gözlənilən xəbərlərə münasibət bildirib.

Həmsöhbət iddia edir ki, razılaşma çərçivəsində HƏMAS girovlardan 80-ni azad edəcək.

Razılaşma haqqında ətraflı məlumat verilmir.

Gununsesi.info