
Oktyabrın 17-də saat 15 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl törədilib.
Gununsesi.info DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Fətullayev Arif Yusif oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Hazırda cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Gununsesi.info