Zelenski: Savaş Rusiya torpaqlarına yayılır

  • By arzu
  • 31 İyul 2023 09:40

Ukrayna lideri Volodimir Zelenski Ukrayna savaşı ilə bağlı yeni açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Zelenski müharibənin Rusiya torpaqlarına yayıldığını söyləyib.

Zelenski bu durumun qaçılmaz bir proses olduğunu bildirib.

Ukraynanın gedərək gücləndiyini vurğulayan Zelenski rus hücumlarının çökdüyünü dilə gətirib.

“Rusiya iqtidarının 1 və ya 2 həftə davam etməsini gözlədiyi savaş 522-ci günündədir. Müharibə yavaş-yavaş Rusiya torpaqlarına, simvolik mərkəzlərə və hərbi bazalara dönür. Bu, təbii və ədalətli bir prosesdir”, – deyə Zelenski açıqlayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info