Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib

  • By ilhame
  • 23 İyul 2024 21:06

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.

 

Gununsesi.info xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşıb.

 

Matç yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.

Gununsesi.info