La Liqa təmsilçisi Kolumbiya millisinin üzvünü transfer edib

  • By ilhame
  • 23 İyul 2024 20:05

İspaniya La Liqası təmsilçisi “Malyorka” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Vilyareal”ın (İspaniya) müdafiəçisi Xoan Mohika ilə anlaşıb.

 

Kolumbiya millisinin üzvünün yeni klubuna keçidinin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, X.Mohika son mövsümü icarə əsasında İspaniyanın “Osasuna” klubunda keçirib.

Gununsesi.info