Azərbaycan gimnastı Dünya Kubokunun qalibi oldu

  • By Günel
  • 05 Oktyabr 2024 22:40

Macarıstanın Sombatxey şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid FIG Dünya Kuboku start götürüb.

Gununsesi.info İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov uğurlu çıxışı ilə yadda qalıb.

Millimizin üzvü halqalarda çıxış zamanı yüksək nəticə göstərərək 1-ci yerin sahibi olub.

Qeyd edək ki, kuboka sabah yekun vurulacaq.

Gununsesi.info