Ukrayna prezidenti: “ABŞ Kiyevə qələbə üçün daha çox yardım edə bilər”

ABŞ verdiyi hərbi yardımın həcmini artıra bilər ki, Ukrayna Rusiya Federasiyası ilə münaqişədə qalib gəlsin.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində deyib.

ABŞ Konqresində əlavə yardımın təsdiqi perspektivlərindən danışan Zelenski bildirib ki, onu “konqresmenlər və senatorlar narahat etmir”.

“Mən onlarla görüşdüm. Mən onlarla oturub təkbətək və ya komanda şəklində dialoq aparanda, əksər hallarda, 99,9% hallarda, onlar mənim tərəfimdədirlər”, – deyə o əlavə edib.

Zelenskinin ABŞ Konqresinin üzvlərindən eşitdiyi dəstək sözlərinə inanıb-güvənmədiyini soruşduqda o, “nəticələrə inandığını” cavablandırıb.

ABŞ-ın Ukraynadan aldığı hərbi yardımın həcmini şərh edən Zelenski əlavə edib: “Bizə sağ qala bilmək üçün çox kömək etdilər. İnanıram ki, onlar bizə qalib gəlmək üçün daha çox yardım edəcəklər”.

Gununsesi.info