
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Andres İnyestanın heykəlinin açılışı olub.
Gununsesi.info xəbər verir ki, heykəl futbolçunun vətəni Albasete şəhərində ucaldılıb.
Heykəlin görünüşü 40 yaşlı futbolçunun 2010-cu il Cənubi Afrikada keçirilən dünya çempionatında topa zərbə endirməsini əks etdirir.
Həmin mundialın final görüşündə Niderland millisinə yeganə qolu vuran A.İnyesta İspaniyaya dünya çempionatının qızıl medallarını qazandırmışdı.
Qeyd edək ki, yarımmüdafiəçi hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts” klubunda çıxış edir.
Gununsesi.info