Fransa klubunun yeni baş məşqçisi bəlli olub

  • By ilhame
  • 05 İyun 2024 19:58

Fransanın “Lill” kollektivinin yeni baş məşqçisi müəyyənləşib.

 

Gununsesi.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini qarşıdakı 2 il müddətində Bruno Cenesio çalışdıracaq.

 

57 yaşlı mütəxəssis bu postda Paulu Fonseiki əvəzləyib.

 

Qeyd edək ki, B.Cenesio daha əvvəl Fransanın “Lion” və “Renn”, həmçinin Çinin “Beytszin Qoan” klublarını çalışdırıb.

Gununsesi.info