“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşib

“Bavariya”nın yeni baş məşqçisi müəyyənləşib.

 

Gununsesi.info klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə “Bernli”nin sabiq çalışdırıcısı Vensan Kompani təyin edilib.

 

Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb. Belçikalı mütəxəssis istefaya göndərilən Tomas Tuheli əvəzləyib.

 

Qeyd edək ki, V.Kompani 2022-ci ildən “Bernli”ni çalışdırıb. Onun rəhbərliyi altında komanda 24 xal toplayaraq İngiltərə Premyer Liqasının son 2023/2024 mövsümünün sonunda 19-cu yeri tutaraq, aşağı liqaya düşüb.

Gununsesi.info