Azərbaycan millisi Avropa çempionatında 1/4 finala yüksəlib

  • By ilhame
  • 05 İyun 2024 20:49

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

 

Gununsesi.info xəbər verir ki, Bolqarıstanla qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanaraq adını növbəti mərhələyə yazdırıb.

 

Komandamızın heyətində 7-ci dəqiqədə Ramiz Çovdarov, 31-də Təmkin Xəlilzadə, 45-ci dəqiqədə isə Rəvan Kərimov fərqlənib. Rəqibin görüşdəki yeganə qolu isə 21-ci dəqiqədə Yavor Gençevdən gəlib.

 

Qeyd edək ki, Elşad Quliyevin komandasının 1/4 finaldakı rəqibi Qazaxıstan yığması olacaq.

Gununsesi.info