
Türkiyə Bosfor və Dardanel boğazlarından keçən Ukraynadan taxıl daşıyan gəmilərə təhlükəsizlik zəmanəti verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Bildiyimizə görə, Ukraynadan bir dənə də olsun gəmi çıxmayıb. Amma gəlsə, boğazlardan keçəcək”.
Eyni zamanda ABŞ taxıl ixracı marşrutlarını genişləndirmək üçün Türkiyə və Ukrayna ilə danışıqlar aparır.
Qeyd edək ki, nəzərdə tutulan plan, ixrac qabiliyyətinin Dunay çayı boyunca ayda dörd milyon tona qədər artırılması və əsas hissəsi Qara dənizdən keçərək Rumıniyanın yaxınlıqdakı limanlara çatdırılmaqdır.
Tərcümə
Şəbnəm
Gununsesi.info