Alla Puqaçova İsraili tərk etdi, Rusiyaya dönmədi – Bu ölkəyə getdi

Sovet və rus estrada müğənnisi Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzeti məlumat yayıb.

Prodüseri və dostlarının daha əvvəl xəbər verdiyi kimi, ulduz Rusiyaya qayıtmayıb. Mətbuatda yayılan xəbərlərə görə, müğənni gələn ili orada keçirəcəyi Kiprə köçüb.

Qəzetin yazdığına görə, 2017-ci ildə Puqaçova Kiprdə dəniz sahilində 2 milyon dollara villa alıb. Bu da müğənniyə avtomatik olaraq uşaqları ilə Kipr pasportu almaq imkanı verib.

Media müğənninin depressiyaya düşdüyünü, xəstələndiyini və heç kimlə ünsiyyət qurmadığını iddia edir.

Gununsesi.info