Mingəçevirdə bıçaqlanan 26 yaşlı gənc öldü - YENİLƏNİB

  • By Günel
  • 16 Dekabr 2024 08:48

Xəbər verdiyimiz kimi, dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən B.Həsənli dekabrın 2-də 02:00 radələrində dünyasını dəyişib.

***

Dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.

B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Gununsesi.info