Cəlilabadda pambıq yığımı yekunlaşıb, bu il məhsuldarlıq yüksək olub

  • By Günel
  • 15 Dekabr 2024 16:56

Cəlilabad rayonunda pambıq tarlalarında məhsul yığımı yekunlaşıb.

Gununsesi.info xəbər veri ki, bu barədə fermerlər məlumat verib.

Onların sözlərinə görə, bu il hər hektara ortalama 28-30 sentner məhsul toplanıb. Ötən il isə bu rəqəm 22-23 sentnerə bərabər olub.

Məlumata görə, bu il rayonda 300 hektar sahədə pambıq əkilib. Ötən il isə bu rəqəm 250 hektar təşkil edib.

Yığımdan əvvəl pambıq kollarının yarpaqlarının tökülməsi məqsədi ilə tarlalarda defolvasiya işləri aparılıb.

Gununsesi.info