Mingəçevirdə 26 yaçlı gənc bıçaqlanıb, saxlanılan var

  • By Günel
  • 16 Dekabr 2024 08:17

Dekabrın 15-də saat 21 radələrində Mingəçevir şəhərində 1990-cı il təvəllüdlü Elvin Rüstəmov aralarında yaranmış mübahisə zamanı 1998-ci il təvəllüdlü Bəxtiyar Həsənliyə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Gununsesi.info -ya bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Rüstəmov saxlanılıb.

B.Həsənli Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

Gununsesi.info