ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib

“ABŞ Yaxın Şərqə 4 min dənizçi və dəniz piyadasından ibarət amfibiya qüvvəsi də daxil olmaqla 12 hərbi gəmi göndərir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Washington Post qəzetinə Pentaqonun yüksək rütbəli məmuru məlumat verib:“USS Theodore Roosevelt təyyarədaşıyan gəmi və onu müşayiət edən döyüş gəmiləri, həmçinin 4000-dən çox dəniz piyadası və dənizçinin daxil olduğu üç gəmidən ibarət Wasp Amfibiya Hazır Qrupu daxildir”.

Bundan əvvəl İranın ali dini lideri Əli Xamneyi Tehranda HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyənin ləğv edilməsinə cavab olaraq İsrailə zərbə endirilməsi barədə göstəriş vermişdi.

Öz növbəsində ABŞ dövlət katibi Antoni Blinken İran tərəfinə vəziyyətin gərginləşməsinə səbəb ola biləcək cavab addımları atmamağı xahiş edən mesaj verib.

 

 

Şəbnəm

Gununsesi.info