Naxçıvanda iki avtomobil toqquşub, xəsarət alanlar var

  • By ilhame
  • 09 Sentyabr 2024 19:24

Naxçıvanda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

 

Gununsesi.info  xəbər verir ki, hadisə Nehrəm yolunda baş verib.

 

“Mercedes” markalı avtomobillə “QAZel” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində Babək rayonu Məzrə kənd sakini, 1976-cı il təvəlludlu Abbasov Fərhad Gülməmməd oğlu, Gülşənabad kənd sakini, 1979-cu il təvəllüdlü Zeynalov Şükür Abbas oğlu və Nehrəm qəsəbə sakini, 1980-ci il təvəllüdlü Həsənov Mənsur Hüseyn oğlu xəsarət alıblar.

 

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info