
İstanbul Boğazı yenidən gəmilərin gediş-gəlişinə açılib.
Gununsesi.info xəbər verir ki, Boğazdakı gəmi tıxacı quruya düşən yük gəmisi xilas edildikdən və Ahırkapıya çəkildikdən sonra normal rejimə qayıdıb.
Uraynadan Misirə gedən ALEXİS adlı 229 metr uzunluğunda bir yük gəmisi, avadanlıqların nasazlığı səbəbindən Haydarpaşa molunun qarşısında qapalı qalıb.
Gəmini xilas etmək üçün nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinin xilasetmə qüvvələri və “balıqçılar”, sürətli xilasetmə gəmiləri hadisə yerinə göndərilmişdi. Sahil Mühafizəsi Baş İdarəsi, boğazdakı tıxacın ikitərəfli olduğunu və gəminin qapalı qalması səbəbindən müvəqqəti dayandırıldığını açıqlamışdı.
Sahil Mühafizəsi və dəniz polisi də daxil olmaqla ekipajların uzun müddət çalışması nəticəsində gəmi yerindən çıxarılıb və mərkəzi dəniz yolu açılıb.
(TRT haber)
Gununsesi.info