Fransada məscidin qarşısında 9 avtomobil yanıb

Fransanın şimalındakı Şerbur-en-Kotanten şəhərində məscidin qarşısında 9 avtomobil yanıb.

Gununsesi.info yerli KİV-ə istinadən xəbər verir ki, La-Manş əyalətinin Şerbur-en-Kotanten şəhərində məscidin qarşısında park edilmiş avtomobillərdən birində başlanan yanğın tezliklə yaxınlıqdakı digər 8 avtomobilə yayılıb.

20-yə yaxın avtomobilin olduğu ərazidə yanğın yanğınsöndürənlərin müdaxiləsi nəticəsində söndürülüb.

Rəsmilər yanğının səbəbi ilə bağlı istintaqın davam etdiyini bildiriblər.

2023-cü ilin aprel noyabr ayında eyni məscidin ön qapısı ov tüfəngi ilə atəşə tutulmuşdu və 2023-cü ilin noyabr ayında divarına təhdid ifadələri yazılmışdı.

(TRT haber)

Gununsesi.info