ABŞ səfirliyi raket atəşinə tutuldu

ABŞ səfirliyi raket atəşinə tutuldu

İraqın paytaxtı Bağdadda ABŞ səfirliyinin yerləşdiyi əraziyə raketlə atəş açılıb.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin yerləşdiyi ərazinin yaxınlığına 3 raket atılıb.

Sosial mediada yayılan görüntülərdə ABŞ səfirliyindəki həyəcan siqnalının işə düşdüyü də müşahidə olunub. Təhlükəsizlik xidmətinin verdiyi açıqlamalara görə, edilən hücum nəticəsində ölən və yaralananlar yoxdur. Amma ərazidə dağıntıların olduğu bildirilir.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

Gununsesi.org

COMMENTS