Rəis müayinə pulumuza göz tikir

Rəis müayinə pulumuza göz tikir

 

Tovuz Rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərovun tabeçiliyində çalışan əməkdaşların müayinə pulundan tələb etməsinə dair  məlumat yayılıb.

Bununla bağlı sosial şəbəkələrdəki  iddialarda bildirilir ki, polis rəisi 2019-cu il üçün müayinə pulunu alan heyətdən 200 manat tələb edir.

Belə ki, 8-10 ildən yuxarı polis orqanlarında çalışan əməkdaşlara il ərzində 1000 manat müayinə pulu verilir.

2019-cu ildə bu vəsait ilin sonunda köçürülüb.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Gununsesi.org-un əməkdaşı rəisin mobil telefonu ilə əlaqə saxlamağa çalışsa da ancaq bu istəyimiz baş tutmadı.

Şirzad Əsəgrovun da mövqeyini işıqlandırmağa hazırıq.

 

 

 

COMMENTS